BDU rektoru qış imtahan sessiyasının gedişi ilə tanış olub

09/01/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev qış imtahan sessiyasının gedişi ilə tanış olub. Rektor BDU-nun müxtəlif korpuslarında imtahanları izləyib, tələbələrin sessiyanın təşkili ilə bağlı fikirlərini dinləyib. Elçin Babayev imtahan suallarının tədris proqramına uyğunluğunu yoxlayıb, daha sonra imtahan nəzarətçiləri və müəllimlərə müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, BDU-da qış imtahan sessiyası yanvarın 7-də başlayıb. İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçirilir.

Bakalavriatura səviyyəsində 937 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 235 ixtisaslaşma üzrə 2014 tələbə imtahan verir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026