BDU rektoru “Qazaxıstan – akademik bilik məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib

01/11/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbekin iştirakı ilə keçirilən görüşdə iştirak edib.

Görüşdə "Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyinin prezidenti Nuntsio Kvakkarelli, Pekin Dillər və Mədəniyyət Universitetinin prezidenti Pen Duan, Cardiff Universitetinin prezidenti Vendi Larner, Woosong Təhsil Fondunun Himayəçilər Şurasının sədri Kim Son Kyonq, Minerva Universitetinin prezidenti Ben Nelson, M. Kozibayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Isakayev və digər nüfuzlu elm və təhsil nümayəndələri iştirak ediblər.

Görüşdə qlobal elm və təhsil məkanında baş verən dəyişikliklər, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmləndirilməsi, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıq, birgə tədqiqat layihələrinin təşkili, həmçinin dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş innovativ tərəfdaşlıq modelləri müzakirə olunub

Xəbərlər

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
13/05/2026

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
13/05/2026

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
13/05/2026