BDU rektoru SABAH müəllimləri ilə görüşüb

23/02/2016

Təhsil Nazirliyi və Paris Sorbon Universiteti Abu Dabi ilə birgə əməkdaşlığının inkişaf modeli çərçivəsində Azərbaycan Respublikasının 11 universitetini təmsil edən SABAH qruplarının 26 nəfər professor-müəllim heyəti (onların 9 nəfəri BDU-nun professor-müəllim heyyəti idi) Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində rəsmi səfərdə olublar. Səfər çərçivəsində müəllimlər Paris Sorbon Universiteti Abu Dabi, Müəllimləri Təkmilləşdirmə İnstitutu və Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyində müxtəlif görüşlərdə iştirak ediblər. Eyni zamanda professor-müəllim heyətinə Paris Sorbon Universiteti Abu Dabinin professorları tərəfindən “Təhsildə rəhbərlik və idarəetmə”, “Effektiv və inkişaf edən təhsilin idarə olunması”, “Peşəkarlığin inkişafı: fayda və dizayn”, “Professor-müəllim heyyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün elektron portfolio” mövzularında təlimlər keçirilib. Təcrübə layihəsində Bakı Dövlət Universiteti SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova və 8 nəfər professor-müəllim heyəti iştirak edib.
Səfərdən qayıdan professor-müəllim heyətini universitetin rektoru, akademik Abel Məhərrəmov qəbul edib. Görüşdə SABAH mərkəzinin rəhbəri dosent İradə Süleymanova səfər haqqında hesabat verib.

Mətbuat və informasiya şöbəsi, 23 fevral 2016-cı il.

Xəbərlər

BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır

BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır
01/04/2026

BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub

BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub
01/04/2026

BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib

BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib
01/04/2026