BDU rektoru Ukraynada Avroasiya Universitetləri Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclasına qatılıb
24/10/2011
Ukraynanın Kiyev şəhərində “MDB-yə üzv olan ölkələrin elm və yaradıcı ziyalılarının VI forumu” çərçivəsində Avroasiya Universitetləri Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclası keçirilib. MDB-yə üzv olan ölkələrin nüfuzlu universitet və elmlər akademiyaları rəhbərlərinin qatıldığı iclası Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Baris Paton açaraq ölkələr və dövlətlər arasında möhkəm dostluq əlaqələrinin yaranmasında elm və təhsil sahəsindəki əməkdaşlığın müstəsna rol oynadığını bildirib. Eyni zamanda, MDB ölkələrinin iqtisadiyyatının modernləşdirilməsini təmin etmək üçün elmi ictimaiyyətin üzərinə düşən öhdəliklərdən danışıb. İclasda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib. Rektor son illər Azərbaycanda bir çox sahələrlə yanaşı, elm və təhsil sahəsində aparılan qlobal islahatlar haqqında geniş məruzə ilə çıxış edib. Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiya olunması, o cümlədən respublikamızın iqtisadi potensialının intellektual kapitalı ilə əvəz olunması üçün dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edən akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin hər üç sərəncamından birinin elm və təhsillə baglı oldugunu diqqətə çatdırıb.
İclasda Rusiya, Moldova, Belarus, Qazaxıstan Ukrayna və digər ölkələrin dövlət universitetlərinin rektorları çıxış edərək, MDB məkanında iqtisadi siyasətin modernləşdirilməsi üçün elmi, texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
İclasda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, əldə olunan elmi, texniki nailiyyətlərin istehsalata tətbiq olunması məsələləri geniş müzakirə edilib. İclas bir sıra səmərəli qərarların qəbul olunması ilə sona çatıb.
Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2011-ci il.
Xəbərlər
BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib