BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

19/08/2026

Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Rumıniyanın Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Agentliyinin (ARACIS) Akkreditasiya Şurasının qərarı ilə qurumun “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib. ARACIS tərəfindən Asiman İlyasovun sözügedən reyestrə daxil edilməsi onun ali təhsil, keyfiyyət təminatı və institusional qiymətləndirmə sahəsində peşəkar təcrübəsi və mütəxəssis fəaliyyətinin yüksək qiymətləndirilməsinin nəticəsidir.

BDU rektorunun müşaviri “Beynəlxalq Ekspert Reyestri”nin üzvü kimi gələcəkdə ARACIS tərəfindən həyata keçirilən xarici keyfiyyət qiymətləndirməsi prosedurlarında, ali təhsil müəssisələrinin beynəlxalq institusional və proqram akkreditasiyalarında ekspert qiymətləndirici qismində iştirak edəcək. Beynəlxalq ekspert qiymətləndiricinin fəaliyyətinin mühüm hissəsini ali təhsil müəssisələrinə yerində qiymətləndirmə səfərləri təşkil edir. Bu səfərlər çərçivəsində ekspertlər ali təhsil müəssisəsinin təqdim etdiyi məlumat və sənədləri faktiki vəziyyətlə müqayisə edir, akademik və inzibati heyət, tələbələr və digər maraqlı tərəflərlə görüşlər keçirərək institusional keyfiyyət təminatı mexanizmlərini qiymətləndirirlər.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026