BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

04/02/2026

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev səfər proqramı çərçivəsində Vyana şəhərində Azərbaycan Respublikasının Avstriya Respublikasında və Sloveniyada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.

Görüş zamanı Avstriya və Sloveniya universitetləri ilə BDU arasında ali təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bununla yanaşı, Vyanada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla birgə elmi və institusional layihələrin həyata keçirilməsi, universitetlərarası tərəfdaşlıqların qurulması və BDU-nun beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026