BDU Rumıniyanın Babes-Bolyai Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb
23/02/2022
Bakı Dövlət Universiteti (BDU) və Rumıniyanın Babes-Bolyai Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Babes-Bolyai Universitetinin rektoru Daniel David imzalayıb.
Protokol BDU ilə Babes-Bolyai Universiteti arasında əlaqələrin genişləndirlməsini, tələbə, tədqiqatçı və akademik heyətin mübadiləsini nəzərdə tutur.
Əsası 1959-cu ildə qoyulmuş Babes-Bolyai Universiteti Rumıniyanın nüfuzlu universitetlərindən biridir. 41 000-dən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Babes-Bolyai Universiteti QS WUR reytinqində 1001-1200-ci pillədədir.
Xəbərlər
BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
