BDU Sabah qrupu tələbələrinin təqdimatında elmi seminar keçirilib

14/04/2016

BDU Sabah qrupu tələbələrinin Türk xalqları tarixi kafedrasının təşəbbüsü ilə BDU-nun tarix ixtisası üzrə III kurs Sabah qrupu tələbələrinin təqdimatında elmi seminar keçirilib. Tarix fakültəsinin tarix ixtisası üzrə III kurs Sabah qrupu tələbələri-Əliəşrəf Abdulrazaqov və Minarə Paşayevanın “Osmanlı ordusu" mövzusundakı təqdimatı maraqla dinlənilib. Elmi seminarda tarix fakültəsinin dekan müavini professor Sevda Süleymanova, Sabah qrupu müəllimləri- dosent Sevinc Ruintən, tarix üzrə fəlsəfə doktoru Səidə Quliyeva, tarix fakültəsinin Sabah qrupu tələbələri, o cümlədən bakalavr və magistrantları iştirak ediblər. Osmanlı dövründə ordu təşkilatının yaranması, ordu hissələri, hərb sənəti və s.  Məlumatların əks olunduğu təqdimatın sonunda müasir Türkiyənin hərbi gücünü əsk etdirən video nümayiş etdirilib. Daha sonra seminar iştirakçılarının əlavələri dinlənilib, sualları cavablandırılıb. Sonda tədbirdə iştirak edən Tarix fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə III kurs tələbəsi Aytəkin Allahverdilinin ifasında “Cənab leytenant” və digər mahnılar dinlənilib.

Mətbuat və informasiya şöbəsi 14 aprel 2016-cı il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026