BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır

22/12/2025

Bakı Dövlət Universiteti (BDU) və Sloveniya Respublikasının Nova Gorica Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Nova Gorica Universitetinin rektoru Bostjan Golob imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Əsası 2001-ci ildə qoyulmuş Nova Gorica Universiteti “Times Higher Education” (THE) reytinqində 2026-cı il üzrə 801-1000-ci sıralarda yer alır.



Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”
08/06/2026

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026