BDU TEC-in Azərbaycanda “Elm günü”nə həsr olunmuş tədbirləri başa çatıb

27/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə gününə həsr olunmuş silsilə tədbirləri başa çatıb.

Fevral və mart ayları ərzində ümumilikdə 25 elmi seminar, 3 forum, ekskursiya, 2 intellektual yarış, debat, panel müzakirə, 1 ustad dərsi, təlim təşkil olunub. Tədbirlər müxtəlif fakültələrdə ayrı-ayrılıqda və ya birgə təşkilatçılıqla həyata keçirilib.

Tədbirlərin əsas məqsədi tələbələrin elmi-tədqiqat potensialının gücləndirilməsi, Universitetin elmi mühitinə inteqrasiyasının təmin edilməsi, akademik bilik səviyyəsinin yüksəldilməsi və elmi fəaliyyətə marağın sistemli şəkildə təşviq olunması olub. Bununla yanaşı, iştirakçılar yeni nəzəri və praktik biliklərə yiyələnmək, elmi müzakirələrdə fəal iştirak etmək və analitik-intellektual bacarıqlarını inkişaf etdirmək imkanı da əldə ediblər.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026