BDU TGT-nin təşkilatçılığı ilə universitetlərarası futbol çempionatı keçiriləcək
21/05/2026
Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “GəncMove” proqramı çərçivəsində universitetlərarası futbol çempionatı keçiriləcək.
Çempionat müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, komanda ruhunun gücləndirilməsi və universitetlərarası dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq.
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
