BDU TGT-nin üzvləri Qarabağ Universitetini ziyarət ediblər

01/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) İdarə heyəti və fəal üzvlərinin iştirakı ilə Qarabağ Universitetinə ziyarət təşkil olunub.

Qarabağ Universitetində keçirilən görüşdə hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər təşkilatlarının qarşılıqlı təcrübə mübadiləsi, tələbə təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək birgə layihələr barəsində müzakirələr aparılıb.

Qarabağ Universitetinin TGT sədri İlyas Səfərli Universitet və tələbələr üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Müxtəlif universitetlərin eyni tələbə təşkilatlarının ortaya qoyacağı birgə fəaliyyətin gənclərin şəbəkələşməsi və uğurlu kommunikasiyası baxımından faydalı ola biləcəyini qeyd edib.

Görüş zamanı tələbə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, sosial və maarifləndirici təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə birgə tədbirlərin, forumların, təlimlərin və sosial layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. İştirakçılar bildiriblər ki, bu cür qarşılıqlı səfərlər universitetlər arasında əlaqələrin daha da güclənməsinə, tələbələr arasında dostluq münasibətlərinin formalaşmasına və gənclərin şəxsi inkişafına mühüm töhfə verir.

Sonra BDU TGT-nin üzvləri Qarabağ Universitetinin maddi-texniki bazası və təhsil infrastrukturu ilə yaxından tanış olublar.

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026