BDU “THE 2025”in ixtisaslar üzrə reytinqində ölkə liderliyini qoruyur

22/01/2025

“Times Higher Education” (THE) reytinq təşkilatı 2025-ci il üçün dünyanın ən nüfuzlu ali təhsil müssəsisələrinin ixtisaslar üzrə reytinq siyahısını açıqlayıb.

Reytinq nəticələrinə əsasən, Bakı Dövlət Universiteti (BDU) yer aldığı kateqoriyaların sayına və mövqeyinə görə Azərbaycanda lider mövqeyini qorumaqda davam edir.

Belə ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) sahəsində 1001+ mövqeyində yer alaraq, Azərbaycanda bu kateqoriya üzrə reytinqə daxil olan yeganə ali təhsil müəssisəsi olub. Həmçinin, mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) sahəsində 1001-1250-ci mövqedə qərarlaşaraq, bu kateqoriya üzrə reytinqdə ölkədə lider mövqeyini möhkəmləndirib.

Ümumilikdə BDU-nun qiymətləndirmə nəticələri əvvəlki illə müqayisədə fiziki elmlər sahəsində 10%, mühəndislik elmləri sahəsində isə 14% artıb.

Məlumat üçün qeyd edək ki, nüfuzlu THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək və universitetlərin reytinqinin yüksəldilməsi üçün tövsiyələr verməkdir. Universitetlərin reytinq nəticələri tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, istinad indeksi, beynəlxalq reputasiya, sənaye gəlirləri və digər meyarlar əsasında müəyyən edilir.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026