BDU THİK “Beynəlxalq Ərəb dili Günü”nə həsr olunmuş tədbir keçirib

20/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsində “Beynəlxalq Ərəb dili Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şərqşünaslıq fakültəsinin tələbələri ərəb dilində qeyd olunan gün barədə məlumatlar təqdim etməklə, sinxron tərcümə simulyasiyasını keçiriblər.

Fakültənin dekanı vəzifəsini icra edən Tərlan Məlikov Ərəb filologiyası kafedrasının üzvləri və ərəb dili üzrə təhsil alan tələbələri əlamətdar gün münasibəti ilə təbrik edib, yaşı yüz ilə yaxın olan Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisi tarixi, ərəbşünaslıq məktəbinin yaradıcıları, ərəbdilli mütəxəssislərin hazırlanması, semitologiyanın inkişaf yolları və əsas istiqamətləri barədə geniş məlumat verib.

Sonra Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən dosent Vüqar Qaradağlı, professor Elxan Əzizov, professor Nəsrulla Məmmədov və Mais Ağaverdiyev çıxış edərək, ərəb dilinin dünyəvi əhəmiyyəti, müsəlman dünyasında olan mövqeyi, strukturu və öyrənilməsi, dilin keçdiyi inkişaf yolu, beynəlxalq dilə çevrilməsi, bu dildə yaranan müqəddəs dini kitab olan “Qurani-Kərim”in ərəb dilinin mühafizəsi baxımından əhəmiyyəti, o cümlədən ərəb dilinin müasir problemləri barədə çıxış ediblər.

Azərbaycanşünas alim, Avrasiya Beynəlxalq Mətbuat Agentliyinin müşaviri Əhməd Sami Elaydi çıxışında ərəb dilinin Azərbaycanda vəziyyəti, ərəb dili üzrə gənc şərqşünasların Azərbaycana verə biləcəyi tövhələr barədə məlumat verib, BDU-nun Şərqşünaslıq fakültəsinin kadrların hazırlanmasında müstəsna rolundan söhbət açıb.

Tədbir tələbələrin çıxışları ilə davam edib. Fakültənin “Dilşünaslıq (ərəb dili)” üzrə I kurs magistrantı Nemət Məmmədov ərəbcə çıxış edərək, ərəb dili üzrə keçdiyi təhsil yolu, Küveytdə bir illik təhsil aldığı dövr, müəllimlərinin üzərində olan əməyi, dilin zənginliyi və strukturu barədə tələbə yoldaşlarına və iştirakçılara məlumat verib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024