BDU THİK I kurs tələbələri üçün silsilə məlumatlandırma sessiyalarına başlayıb

30/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) I kurs tələbələri üçün silsilə məlumatlandırma sessiyalarına başlayıb.

İlk görüşlər BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix fakültələrinin tələbələri üçün keçirilib.

Görüşlərdə çıxış edən BDU THİK-in sədri Zöhrab Cavadzadə Komitə tərəfindən həyata keçirilən layihələr barəsində məlumat verib. Bildirib ki, BDU THİK-in fəaliyyəti tələbə həyatının bütün istiqamətlərini əhatə edir. Komitə ilə birgə fəaliyyət göstərən BDU-nun İdman-Sağlamlıq Mərkəzi də tələbələrin asudə vaxtlarının səmərəli və sağlam həyat tərzinə uyğun təşkili üçün çoxsaylı layihələr həyata keçirir. Universitetlərarası yarışlarda BDU tələbələri daim yüksək nəticələr əldə edirlər.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələrə Universitetin struktur bölmələrinin fəaliyyəti haqqında geniş məlumat verib. O, tələbələri gənclər təşkilatlarının həyata keçirdiyi layihələrdə, Universitetin ictimai həyatında fəal iştirak etməyə dəvət edib.

Görüşlər zamanı BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşları Qiyas Qiyaslı və Könül Hüseynova, Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırması şöbəsinin müdiri Günel Qurbanova da öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tələbələri məlumatlandırıblar.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026