BDU THİK növbəti dəfə respublikada ən yaxşı tələbə həmkarlar təşkilatı adına layiq görüldü

21/10/2011

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi respublikamızda mövcud olan Həmkarlar İttifaqı Komitələri və ilk təşkilatları içərisindən aktiv və yüksək keyfiyyətli fəaliyyəti ilə seçilən ən yaxşı təşkilatları müəyyən etmək məqsədi ilə “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” adlı müsabiqə elan edib. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi də bu müsabiqədə iştirak edib. Müsabiqədə universiteti filologiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı təmsil edib. Sözü gedən müsabiqə bir neçə turdan ibarət olub, altı aydan artıq müddət ərzində davam edib. Uzun sürən seçimlərdən sonra Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, filologiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı, Respublika Tələbə Həmkarlar Təşkilatları arasında birinci yerə layiq görülüb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev kütləvi-informasiya vasitələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovu və filologiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Elməddin Əmirovu təbrik edib, qalibi 100 AZN pul mükafatı və xüsusi diploml ilə təltif edib.

Mətbuat və informasiya şöbəsi, 21 oktyabr 2011-ci il.

Xəbərlər

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”
03/07/2025

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib
03/07/2025