BDU THİK "Zəfər tarixi" adlı tədbir keçirib

05/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) "Zəfər tarixi" adlı tədbir keçirib. Tədbiri BDU THİK sədri Hacıbaba Mustafayev açaraq 44 günlük Vətən müharibəsində qələbəmiz və ordumuzun qəhrəmanlıqlarından danışıb.

BDU THİK-in şəhid olmuş məzunların ailələri və məzun qazilərə diqqət və qayğı istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə BDU THİK tərəfindən Zəfər Gününə həsr olunmuş esse və rəsm müsabiqələrinin qalibləri açıqlanıb. Qaliblərə fəxri fərmanları BDU-nun İctimaiyyətlərlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Sabah qrupları rəhbərinin müavini Gündüz Camalov, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini İranə Məmmədli təqdim ediblər.

Təltifetmə mərasimindən sonra BDU THİK heyətinin hazırladığı flaşmobdan görüntülər təqdim olunub.

Sonda Vətən Müharibəsi haqqında məlumatın 8 dildə səsləndirildiyi videoçarx nümayiş etdirilib.

Xəbərlər

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib
19/03/2026