BDU THİK-in fəal üzvləri təltif olunublar

02/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəallığı ilə seçilən və müxtəlif istiqamətlər üzrə fərqlənən üzvləri təltif olunublar.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkəmizdə gənclər siyasətinin təməl prinsiplərinin 29 il öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Gənclərinin I Forumunda formalaşdırıldığını qeyd edib. Bildirib ki, bu siyasətin nəticəsi olaraq gənclər bu gün cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. BDU tələbələri də ölkəmizin ictimai-sosial həyatındakı aktiv iştirakları ilə bu siyasətin ayrılmaz parçasına çevriliblər.

BDU THİK-in sədri Zöhrab Cavadzadə təltif olunan tələbələri təbrik edib, BDU-nun əsas tələbə təşkilatlarından biri olan THİK-in Universitetin ictimai həyatında mühüm rol oynadığını və təşkilatın üzvlərinin daim fəallıqları ilə seçildiklərini deyib. Zöhrab Cavadzadə tələbələrin sosial rifahının qorunması, onların təşəbbüslərinin dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində THİK tərəfindən həyata keçirilən layihələrdən də söz açıb.

Daha sonra BDU THİK-in fakültə, departament və klub sədrlərinə, eləcə də idarə heyətinin fəal üzvlərinə təşəkkürnamələr təqdim olunub.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026