BDU THİK-in növbəti Hesabat – seçki konfransı keçirilib

24/06/2012

22 iyun 2012-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti Hesabat-Seçki konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ATİAHİK-in sədr müavini Mirzə Cəfərzadə və digər qonaqlar iştirak ediblər.  Konfransı giriş sözü ilə açan akademik Abel Məhərrəmov uğurlar arzu edərək, Tələbə Həmkarlar İttifaqı Komitəsinin kollektivini, başda sədr Daşqın Qənbərov olmaqla, ötən seçki ilindəki uğurlu fəaliyyətə görə təbrik edib. Rektor qeyd edib ki, BDU THİK ölkəmizdə fəaliyyət göstərən tələbə təşkilatlarının flaqmanıdr. Sonra ATİAHİK-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək konfransın işinə uğurlar arzu edib, BDU THİK-in fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizdə fəaliyyət göstərən digər tələbə təşkilatlarına nümunə olduğunu bildirib. Sonra konfrans öz işinə start verib. Konfransın sədri Daşqın Qənbərov seçilib və qaydalarla bağlı bir daha iştirakçıları  məlumatlandırıb. Mandat komissiyasının və Təftiş komissiyasının hesabatları dinlənilib və səsə qoyularaq qəbul edilib. Daha sonra hesabatla çıxış etmək üçün söz THİK-in sədri Daşqın Qənbərova verilib. D.Qəmbərov rəhbərlik etdiyi təşkilatın son 5 ildəki fəaliyyəti barədə məlumat verib. Eyni zamanda, hesabatda qeyd olunan məlumatlar slayd vasitəsi ilə konfrans iştirakçılarına nümayiş etdirilib. Konfrans ətrafında çıxışlar olub. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçmiş sədr müavini, Bakı Dövlət Universiteti əməkdaşı Sahil Hacıyev hesabat ətrafında çıxış edərək onu qənaətbəxş hesab edib, Daşqın müəllimi yüksək peşəkarlıq,səmərəli və keyfiyyətli fəaliyyətə görə təbrik ediblər. Hesabat yekdilliklə qəbul edilib. Konfransda 39 nəfərdən ibarət yeni komitə və yeni idarə heyəti seçilib. BDU THİK-in sədri vəzifəsinə  yenidən Daşqın Qənbərovun namizədliyi irəli sürülüb. Təkliflərdə bildirilib ki, Daşqın Qənbərovun yüksək təcrübəsi, gənclər arasında olan böyük nüfuzu və yüksək peşəkarlığı onun yenidən sədr olmasını şərtləndirir. Beləliklə Daşqın Qənbərov yenidən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr  seçilib. Ona göstərilən bu etimada görə konfrans nümayəndələrinə təşəkkürünü bildirən Daşqın Qənbərov, bundan sonra da Tələbə Həmkarlar İttifaqı Komitəsinin inkişafı üçün səylə çalışacağına konfrans qarşısında söz verib.

Sonda çıxış üçün söz Bakı Dövlət Universitetinin  sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyevə verilib. Sani müəllim Tələbə Həmkarlar İttifaqı Komitəsini  və sədri Daşqın Qənbərovu həm son 5 ildəki uğurlu fəaliyyətlə,həm də seçki nəticəsi ilə bağlı təbrik edib. Bu uğurun tək Tələbə Həmkarlar İttifaqı Komitəsinin deyil, universitetin uğuru olduğunu bildirib. Konfrans öz işini uğurlu başa çatdırıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024