BDU THİK-in üzvləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

06/10/2025

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Filologiya fakültəsi üzrə üzvləri Hərbi Memorial Məzarlığı ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Tələbələr şəhidlərimizin ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüblər.

Qeyd edək ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib. 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı olmaqla, ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda 44 günlük Vətən müharibəsini simvolizə edən monumental abidə inşa edilib. Həmçinin 44 günlük Vətən müharibəsində hər bir günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb.

 

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026