BDU THİK-nin tərkibində “İnformasiya Texnologiyaları” klubu təsis edilib

25/11/2013

2013-cü ilin ölkə başçısı tərəfindən informasiya texnologiyaları ili elan olunması ilə bağlı ölkədə İKT sahəsəində əsaslı tədbirlər həyata keçirilib. Hər zaman ölkə gündəmi ilə ayaqlaşan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ilin əvvələindən başlayaraq İKT sahəsində çoxşaxəli tədbirlər həyata keçirir, tələbələri maraqlandıran mövzularda seminar-təlimləri həyata keçirir. Tələbələrin çoxsayılı istəklərini nəzərə alan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi İKT sahəsində tədbirlərin daha sistematik formada, daha geniş çərçivədə həyata keçirilməsi üçün komitə tərkibində “İnformasiya Texnologiyaları” klubu təsis edilib. İT klubun təsis toplantısını giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ölkə başçısı, cənab İlham Əliyevin həyata keçirdiyi informasiya texnologiyaları, həmçinin elm-təhsil strategiyasından bəhs edərək ölkədə gənclərə xüsusəndə tələbələrə göstərilən diqqətdən danışıb. Çıxışını davam etdirən komitə rəhbəri klubun məqsədləri haqqında danışraq tələbələrə məlumat verib. Beləki klubun  fəaliyyəti əsasında  informasiya texnologiyaları ilə bağlı maarifləndirici tədbirlər təşkil etmək, tələbələrin ixtisas seçimində və istiqamətləndirilməsində onlara dəstək olmaq, habelə informasiya sahəsində ixtisaslaşmış kadrları universitetə dəvət etməklə onların təcrübələrini tələbələrlə bölüşməsi və seminarların təşkili ilə bağlı lazımı işlərin reallaşdırılması və klubda müəyyən təcrübə qazanamış gənclərin müxtəlif şirkətlərdə təcrübə keçməsini təmin etmək olduğunu vurğulayan Daşqın Qənbərov klub haqqında daha detallı məlumat vermək üçün sözü klubun rəhbəri Kənan Əkbərova verib. Klub rəhbəri klubun fəaliyyəti və tədbirlər planı haqqında iştirakçılara geniş məlumat verib. Sonda təlləbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024