BDU Tələbə Gənclər Təşkilatı dil təlimlərinə başlayıb

04/08/2021

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələr arasında xarici dil biliklərinin inkişaf etdirilməsi istiqamətində açıq havada təlimlərə başlayıb. İlk təlim alman dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin alman dilində danışıq səriştəsinin artırılması,  bacarıqlarının təkmiləşdirilməsi, əldə etdikləri dil biliklərin inkişaf etdirilməsidir. Təlimin ilk günündə təlimçi - Filologiya fakültəsinin III kurs tələbəsi Murad Məmmədov təlim iştirakçılarına alman dilinin qrammatikası, gündəlik danışıqda ən çox  istifadə edilən sözlər haqqında məlumat verib. Tələbələrin  alman dilinin qrammmatikası, yeni sözlərlə  bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, təlimlərin həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026