BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi “Bakı 2015 ilk Avropa oyunlarına sən də qoşul” adlı təbiğat kompaniyasına start verib

26/09/2014

Bakı Dövlət Univesiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi 2015-ci ildə reallaşacaq “Bakı 2015 ilk Avropa oyunlarına sən də qoşul” adlı təbiğat kompaniyasına start verib. Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov ölkədə aparılan ümumi quruculuq işlərindən, ayrı-ayrı sahələrdə əldə olunan böyük uğurlardan geniş söhbət açdı. Çıxışını davam etdirən komitə sədri tarixdə ilk dəfə Azərbaycanda keçirilən “Bakı 2015 ilk Avropa oyunlarının” cənab prezidentimiz İlham Əliyevin beynəlxalq arenada olan nüfuzunun növbəti təntənəsi, Azərbaycan Respublikasına dünyada olan inam və etibarın ifadə formasıdır. Təbii ki, bütün bu uğurların kökündə, nailiyyətlərin bünövrəsində H.Əliyev siyasətinin durduğunu bildirən sədr gəncləri ölkədə cənab prezident tərəfindən aparılan siyasətə yaxından dəstək olmağa və qarşıdan gələn dünya səviyyəli, çox böyük nüfuzlu bir idamn hadisəsinə - “Bakı 2015 ilk Avropa oyunlarına” tədbirin təşkilat komitəsinə bir vətəndaş kimi yaxından köməklik göstərməyin vacibliyini bildirdi və gəncləri bu işə yrdımçı olmağa çağırdı. D.Qənbərov gənclərin edə biləcəkləri köməyin formalarını, mahiyyətini şərh edərək qeyd etdi ki, məhz elə bu gündən (26.09.2014) etibarən hər bir gənc, vətəndaş eyni zamanda öz üzərinə sözü gedən tədbirin yüksək saəviyyədə baş tutmasında müəyyən vəzifələr, öhdəliklər qoyulduğunu təsəvvür etməlidir. Məsələn : Hər bir gənc şəhərimizin təmizliyinə riayyət olunması sahəsində, asayişin qorunması sahəsində özünü də borclu hesab etməlidir. Gənc özü şəhəri çirkləndirməməli, çirkləndirənləri isə qınaq obyektinə çevirməlidir. Asayişi pozmamalı, pozanları qınamalı və lazım gəldikdə çəkinmədən hüquq mühafizə orqanlarına, ələaqədar digər orqanlara operativ məlumat verməlidir. Hər bir gənc, vətəndaş yaşadığı, işlədiyi, təhsil aldığı ərazidə özünü növbətçi hesab etməlidir ki, keçirəcəyimiz bu idman bayramı daha yadda qalan və daha gözəl alınsın. Tədbir dövründə şəhərimizdə olacaq qonaqlarla maksimum nəzakətli, onlara qarşı yaxşı mənada diqqətli olmağın da vacibliyini qeyd edən D.Qənbərov bildirdi ki, əks təqdirdə bizi istəməyən, inkişafımızı gözü götürməyən qüvvələr xalqımız, millətimiz haqqında xoşumuza gəlməyəcək fikirlər səsləndirəcəklər. Biz çalışıb xalqımızın nə qədər qonaqpərvər, nəzakətli və səmimi olduğunu qonaqlarımıza hiss etdirməliyik.Hər birimiz piyada ve ya sürücü kimi iştirak etdiyimiz “Yol Hərəkət Sistemi”de maksimum qaydada normativlərə,yol nişanlarının tələblərinə riayət etməli,piyada keçidlərindən istifadə etmeliyik ki,yollarımızda xoşagəlməz hadisələr,tıxaclar baş vermesin.

D.Qənbərov kompaniyanın adının da heç də təsadüfü olmadığını xüsusi ilə vurğuladı. “Sən də qoşul” yəni ki sən də öz təklifini ver, sən də kömək et, sən də bu mötəbər tədbirdə özünü cavabdeh hesab et.

Daşqın Qənbərov rəssamları fırçaları ilə,şairləri,yazıçıları,jurnalistikləri qələmləri ilə,musiqiçiləri,bəstəkarları öz bəstələri ilə,bir sözlə bütün yaradıçı insanları bu kompaniyaya qoşulmağa çağırdı.O,qeyd etdi ki,bu yolla cəmiyyətdə keçiriləcək tədbirin təbliği üçün ideoloji işi də qurmaq olar ki,bu isə ümumilikdə yekun nəticəyə müsbət təsir edəcək.

D.Qənbərov bildirdi ki, doğrudur yarışların təşkilat komitəsinə rəhbərlik edən I xanım H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva çox bacarıqlı idarəedici, böyük təşkilatçıdır. Təbii ki, “Bakı 2015 ilk Avropa oyunlarının” ən yüksək səviyyədə keçirilməsi üçün onun tərəfindən böyük işlər görülür. Amma cəmiyyət də bu işlərə nə qədər yaxından dəstək olsa nəticə bir o qədər uğurlu olar. Sonda D.Qənbərov bu kompaniyanın yarışlar başlayana qədər davam etditəcəklərini elan etdi və hər kəsi bu işə yaxından köməklik etməyə çağırdı.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2014-cü il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024