BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi 1-ci kurs tələbələri ilə görüşlərinə davam edir

13/10/2015

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi 1-ci kurs tələbələri ilə görüşlərinə davam edir. Bu dəfəki görüş sosial elmlər və psixologiya və jurnalistika fakültələrinin 1-ci kurs tələbələrinə həsr olunub.

Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, sədr müavini Şahin Şərifov, jurnalistika fakültəsi THT sədri Azərpaşa Hüseynli və digərləri iştirak edib. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tələbələr üçün nəzərdə tutulmuş müxtəlif sosial təminat imkanlarından danışıb. O, tələbələri universitetdə fəaliyyət göstərən dərnəklərə qoşulmağa və istedadlarını üzə çıxarmağa səsləyib.

Jurnalistika fakültəsi THT sədri Azərpaşa Hüseynli fakültədə gələcəkdə reallaşdırılacaq layihələrdən söz açıb. O bildirib ki, fakültədə təhsil alan hər bir tələbə öz yeni ideyalarının gerçəkləşdirilməsinə nail ola bilər. "Gənc Reportyorlar" Birliyinin BDU üzrə rəhbəri və THİK-in mətbuat katibi Rəşid Mustafazadə birliyin fəaliyyəti barədə geniş məlumat verərək, tələbələri yaxın zamanda həyata keçiriləcək layihələrdə yaxından iştirak etməyə çağırıb.

Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müəllimi Rəşad Qardaşov birincilərə öz tələbəlik illəri ilə bağlı xatirələrindən danışıb. Qeyd edib ki, çalışqan və istəkli tələbə qısa müddət ərzində təsəvvür etmədiyi zirvələri fəth edə bilər. Sonda tədbir müzakirə ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2015-ci il.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025