BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi I kurs tələbələri ilə görüşlərə start verib

29/09/2016

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi I kurs tələbələri ilə görüşlərə start verib. Görüşə universitetin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbələri qatılıblar. Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, THİK-nin sədr müavini Manaf Talıbov, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi THT sədri Fatimə Həsənəliyeva və fakültə təşkilatlarının sədrləri iştirak edib. Tədbiri giriş sözü ilə açan BDU THİK sədri D.Qənbərov universitet həyatı barədə geniş məlumat verib. Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi THT sədri A.Həsənəliyeva isə fakültəsində keçirilən layihələrdən söz açıb. O, bütün birinciləri bundan sonra da universitet və universitetdən kənarda birinci olmağa çağırıb. Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 29 sentyabr 2016-cı il.


Xəbərlər

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”
03/07/2025

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib
03/07/2025