BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti xeyriyyə aksiyası da uğurlu alındı

29/11/2011

28 noyabr 2011-ci il tarixində BDU THİK-i talasimiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə qanvermə aksiyası keçirib. Aksiyaya başlamazdan öncə, universitet polikilinkasının önündə BDU THİK-nin sədri Daşqın Qənbərov xeyriyyə aksiyasında istirak edən  gənclərlə görüşüb onlara bu hümanist addımlarına görə təşəkkürünü bildirib. D.Qənbərov bildirib ki, bu məsələ respublika rəhbərliyinin də daima diqqət mərkəzində saxlanılan bir məsələdir. Ölkə başçısı cənab prezident İlham Əliyev  tərəfindən donorçuluğun  və qan xidmətinin inkişafına dair sərəncam imzalanmış, bu sahənin inkişafına xüsusi diqqət ayrılmışdır. Biz Azərbaycan gəncləri də talasimiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara hər zaman dəstək olmalıyıq, bu ad altında keçirilən tədbirlərdə daim onların yanında oldugumuzu göstərməliyik. Çıxışını tamalayandan sonra Daşqın Qənbərov ilk qan verən şəxs kimi müvafiq yoxlama prosesinə qatılıb.  Bundan sonra fakültə THT sədrləri özləri başda olmaqla növbəlilik əsasında tələbələrin qanverməsini təşkil ediblər. Ümumilikdə aksiyada universitetin 500-dən artıq aktivist tələbəsinin iştirakı təşkil edilsə də, qanın keyfiyyət göstəriciləri və digər kriteriyaları  uyğun gələn 170-dən artıq tələbənin qan verməsi mümkün olub.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026