BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sosial layihələri davam edir

05/08/2021

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə cari ilin ilk 6 ayı ərzində tələbələr arasında maarifləndirmə işinin aparılması, respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda və sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Vətən müharibəsi dövründə  BDU THİK-nin fəalları şəhidlik zirvəsinə ucalmış məzunların ailələri və məzun olan qaziləri ziyarət edərək onlara maddi-mənəvi dəstək göstərmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələri Yardım Fonduna 4000, Qarabağ Dirçəliş Fonduna 2500 manat ianə etmişdir.

BDU THİK tərəfindən 6 ay ərzində sosial layihələr çərçivəsində müxtəlif mövzularda  100 dən çox onlayn tədbir, 6 müsabiqə, təlim və debatlar təşkil edilmişdir. Əsasən 1-ci kurs  tələbələrini əhatə edən maarifləndirici “Gənc İntellektuallar Məktəbi” layihəsi təşkil edilərək müxtəlif aktual mövzuları əhatə edən 10 videoçarx  hazırlanmışdır.

Tələbə təşkilatı “Ümumdünya yer günü” ilə əlaqədər Universitetin həyətyanı səhəsində və BDU tələbə yataqxanasının ərazisində ağacəkmə aksiyası keçirib. Tələbələrin iştirakı ilə keçirilən aksiyada 200-dən çox ağac əkilib.

Hazırda BDU THİK-in sosial layihələri davam edir. İstedadlı və yaradıcı tələbələrin üzə çıxarılması və onlara dəstək göstərilməsi istiqamətində TEDx Club, Gənc rəssamlar dərnəyi, Genius Club, Sport Club, Book Club, Qiraət klubu, Teatr qrupu, Şahmat və dama klubu, Kino klubu kimi tələbə klubları fəaliyyətini genişləndirir.

 

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026