BDU tələbələri Şahdağ Milli Parkında

03/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri fakültə əməkdaşları Könül Hacıyeva və Səma Əhmədlinin rəhbərliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şahdağ Milli Parkının Şamaxı bölməsinə səfər ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Şamaxı bölməsinin mühafizə üzrə direktor müavini Fərhad Cəlilov və elmi işçi Orxan İbrahimov tələbələrə parkda qorunub saxlanılan heyvan və bitki növləri haqqında geniş məlumat veriblər. Tələbələr Milli Parkın ərazisində nəsli kəsilmək təhlükəsində olan və nadir rast gəlinən bir çox bitki və heyvan növləri ilə tanış olub, Qaraçöhrə meşəsində palıd, vələs, fıstıq, ağcaqayın, qaraçöhrə, yemişan, zirinc və s. bitki növlərini müşahidə ediblər.

Tələbələr Şahdağ Milli Parkının Şamaxı rayonu ərazisində yerləşən “Safari parkı”na da baş çəkib, Altay maralı, bizon, zubr, alpaka lama, xallı maral və digər heyvan növləri ilə tanış olublar.

 

Xəbərlər

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir

BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir
03/04/2026

“Zəfərə gedən yol”

“Zəfərə gedən yol”
03/04/2026

“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir

“Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir
03/04/2026