BDU tələbələri “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının fəaliyyəti barədə məlumatlandırılıb

04/03/2025

“AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tələbələr üçün infosessiya keçirib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “AIESEC Azərbaycan”ın həyata keçirdiyi layihələrin gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. O, “BDU könüllüləri” təşkilatının da tələbələrin gələcək karyeralarına və sosial fəaliyyətlərinə mühüm töhfə verdiyini vurğulayıb.

“AIESEC Azərbaycan”ın marketinq və ictimaiyyətlə əlaqələr komitəsinin sədri Nazənin Məmmədli tələbələrə qurumun fəaliyyət istiqamətləri, beynəlxalq proqramları və təşkilata qoşulma prosesini izah edib. Bildirib ki, “AIESEC”in tələbələr üçün təqdim etdiyi xaricdə könüllülük, maaşlı təcrübə və liderlik proqramları iştirakçılara fərdi inkişaf, yeni mədəniyyətlərlə tanışlıq və qlobal şəbəkə qurmaq baxımından geniş imkanlar yaradır.

Daha sonra təşkilatın fəaliyyəti və proqramları barədə videoçarx nümayiş etdirilib.

İnfosessiya interaktiv müzakirələrlə davam edib.

Qeyd edək ki, “AIESEC” dünyanın 130-dək ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır.

Xəbərlər

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ
12/02/2026

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
12/02/2026

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026