BDU tələbələri akademik Yusif Məmmədəliyevin Memorial Muzeyində

19/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin Memorial Muzeyinə ekskursiya ediblər. Ekskursiya alimin 120 illik yubileyinə həsr olunan tədbirlər silsiləsinin bir hissəsi olaraq təşkil edilib.

Tələbələr muzeyin iki əsas ekspozisiya otağını ziyarət edib, akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığı, neft kimyası sahəsində formalaşdırdığı elmi məktəb, əldə etdiyi mühüm nailiyyətlər, şəxsi arxiv materialları və qiymətli eksponatları ilə tanış olublar. Ekskursiya zamanı tələbələrə görkəmli alimin Azərbaycan, eləcə də dünya kimya elminə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.

Tələbələr muzeydə alimin fəaliyyətinə həsr olunmuş sənədli filmi də izləyiblər. Filmdə Yusif Məmmədəliyevin elmi dünyagörüşü, kimya sənayesinin inkişafına verdiyi töhfələr, neft emalı proseslərinə tətbiq etdiyi yeniliklər və ölkənin kimya üzrə kadr potensialının formalaşmasındakı rolu geniş əks etdirilib.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026