BDU tələbələri Şamaxı və Qobustanda çöl-tədris təcrübəsində

27/05/2024

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Şamaxı və Qobustan rayonlarında çöl-tədris təcrübəsində olublar.

Tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxı rayonu haqqında məlumat verilib. Qeyd olunub ki, respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi rayonu ilə, xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlığı Şamaxıya əlverişli iqtisadi-coğrafi mövqe qazandırır. Tələbələr rayonda torpaq-landşaft komplekslərinin rast gəlinən növmüxtəlifliyi, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları barədə məlıumatlarla tanış olublar.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında tələbələrə astrofizika, qalaktikalar, “böyük partlayış”, “qara dəlik”, kosmosun  çirklənməsi  kimi mövzular üzrə məlumat verilib.

Şamaxı rayonunun Pirqulu ərazisində dağ meşə-qonur torpaqlarda və Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (QBTS) torpaq kəsimləri qoyulub. Stansiyanın direktoru, biologiya elmləri doktoru Atabəy Cahangirli QBTS-də aparılan işlər, dənli taxıl bitkiləri yetişdirilən ərazinin torpaq-iqlim şəraiti ilə tələbələri tanış edib. Torpaq kəsiminin morfogenetik təsviri qatlar üzrə ətraflı izah olunub. Bu zaman genetik horizont, genetik qat, ana süxur, torpaq törəmələri və sair anlayışlar praktiki və əyani göstərilməklə tələbələrin diqqətinə çatdırılıb. Torpaq kəsimindən götürülmüş nümunələr BDU-da fiziki-kimyəvi analiz olunacaq.

Təcrübə ərzində torpaq-bitki örtüyünün yayılması qanunayğunluqları, çayların qidalanması rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tiplərinin, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçirilib. Şamaxı və Qobustanın fərqli ərazilərində, müxtəlif landşaftlarda atmosfer havasında ozonun, ammonyakın miqdarı, suda və torpaqda pH-ın miqdarı təyin edilib, portativ dozimetr vasitəsi ilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülüb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024