BDU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində istehsalat təcrübəsində

13/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mərkəzi laboratoriyasında istehsalat təcrübəsi keçirlər.

Tələbələr təcrübə dövründə aqrokimyəvi analizlərin nəzəri əsaslarını, torpaq nümunələrinin qeydiyyatı və analizə hazırlığı proseslərini, pH, ümumi duzluluq (Ec), ümumi azot, mənimsənilə bilən fosfor, orqanik karbon (humus), kirəc (kalsium karbonat), həmçinin aqrofiziki parametrlər olan qranulometrik tərkibi, tarla su tumumu, hoqroskopik nəmlik və s. parametrləri öyrənirlər.

Təcrübə ərzində analizlərin aparılması zamanı istifadə olunan keldal sistemi, spektrofotometr, flamefotometr və digər cihazların iş prinsipi, həmin cihazlarda sərbəst işləmə imkanları da tədris ediləcək.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026