BDU tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

01/03/2023

BAKI DÖVLƏT UNİVERSİTETİ

tələbələr arasında

Ümummilli Lider Heydər Əliyevin

100 illik yubileyinə həsr olunmuş

bədii qiraət və rəsm müsabiqəsi elan edir

Müsabiqədə iştirak etmək istəyən tələbələr mart ayının 30-dək, Ümummilli Lider Heydər Əliyev, müasir Azərbaycanın memarlıq abidələri və vətənpərvərlik mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə təqdim edə, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeir ifalarını video formatda mym@bsu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər:

I yer –    500  manat;

II yer –    300  manat;

III yer –  200   manat.

Əlavə məlumat üçün: Tel: (+994 50) 741-69-67, (+994 55) 784-00-19

 

e-mail: mym@bsu.edu.az

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru
19/06/2026

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub
19/06/2026