BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

30/05/2025

Bakı Dövlət Universitetinin (BDU) "BDU könüllüləri" təşkilatının Hüquq fakültəsi üzrə üzvləri, Mülki proses ve kommersiya hüququ kafedrası və "De Novo" hüquq klubunun birgə təşkilatçılığı ilə Yasamal Rayon Məhkəməsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Çəkişmə" hüquq müsabiqəsinin final mərhələsi keçirilib.

Final turunda gənc hüquqşünaslar "Mülki prosesdə yalnız formal həqiqət müəyyən edilməlidir" mövzusu ətrafında debat formatında arqumentlərini səsləndirərək, mövqelərini müdafiə ediblər. Münsiflərin qiymətləndirdiyi  ən yaxşı 2 komanda – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbələrindən ibarət "Bona fide" komandası I, BDU-nun SABAH qruplarının Hüquq fakültəsinin IV kurs tələbələrindən ibarət "İnsident" komandası ll yerə layiq görülüb. Komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 45 komanda və 135 tələbə iştirak edib. Müsabiqə ümumilikdə aprel-may aylarını əhatə edib və bu müddət ərzində tələbələr hazırlıq sessiyalarına cəlb olunublar. Daha sonra iştirakçılar mayın 10-u və 17-də baş tutan mərhələlərdə öncədən elan edilmiş “Qanunu yalnız Konstitusiya Məhkəməsi şərh etməlidir” mövzusu ətrafında arqumentlərini irəli sürüblər. Müsabiqə gənc hüquqşünasların nəzəri biliklərinin praktik tətbiqinin təkmilləşdirilməsi və real mühitlə tanışlığı məqsədilə təşkil edilib.

 

Xəbərlər

Ana dilimiz – milli sərvətimiz, iftixarımız

Ana dilimiz – milli sərvətimiz, iftixarımız
01/08/2025

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub
01/08/2025

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
01/08/2025