BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

22/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ikinci mərhələsi üzrə BDU tələbələri arasında məqalə müsabiqəsi elan edilir.

Üç mərhələdən ibarət olan layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.

Müsabiqənin şərtləri:

Müsabiqəyə 21 may – 21 sentyabr 2026-cı il tarixlərində “İnformator.az” saytında yayımlanan məqalələr buraxılacaq.

Yazıların həcmi 2000-10000 arası işarə, ölçüsü Arial şrifti 12, formatı “MS Word” sənədi şəklində olmalıdır. Müsabiqəyə Azərbaycan və rus dillərində yazılar təqdim oluna bilər.

Yazıların info@informator.az ünvanına göndərilməsi xahiş olunur.

Hər müəllif müsabiqəyə yalnız 1 yazı təqdim edə bilər.

Müsabiqədə iştirak etmək istəyən tələbələr yazıları ““Professor Nəsir İmanquliyev dərsləri” – məqalə müsabiqəsi” başlığı ilə təqdim etməlidir.

Təqdim olunan yazılarda qeyd edilməlidir:

-- Tələbənin ad və soyadı;

-- Təhsil aldığı fakültə və ixtisas;

-- Əlaqə nömrəsi.

Müsabiqəyə qəbul edilən materiallardan 3 ən uğurlu iş Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər pul mükafatı ilə təltif ediləcəklər.

Qiymətləndirmə zamanı nəzərə alınacaq meyarlar:

- mövzunun dolğun əhatə edilməsi

- ifadə vasitələrinin zənginliyi

- mövzuya fərqli və maraqlı yanaşma

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

(+99450) 365 65 80

(+99470) 852 86 18

E-mail: info@informator.az


Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
01/09/2026