BDU tələbələri arasında Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi

15/10/2025

BAKI DÖVLƏT UNİVERSİTETİ

8 Noyabr –  Zəfər Günü münasibətilə tələbələr arasında

RƏSM MÜSABİQƏSİ

elan edir


Müsabiqəyə 44 günlük Vətən müharibəsində parlaq Zəfərimizi, Qarabağ və Şərqi Zəngəzurun tarixini, qəhrəman əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur.

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır. Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş rəsm əsərləri Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər  təltif ediləcəklər.

Rəsmlər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2025-ci il noyabr ayının 3-dək BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə təqdim olunmalıdır.

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026