BDU tələbələri azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsi layihəsində iştirak edəcəklər

20/10/2021

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsi” layihəsində iştirak edəcəklər. Gənclər işğaldan azad olunan ərazilərin real ekoloji vəziyyəti ilə tanış olacaq, müxtəlif vasitələrlə yerli və beynəlxalq ictimaiyyəti törədilən ekosid faktlarına dair məlumatlandıracaqlar. Layihə çərçivəsində Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaqdır.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, layihədə BDU-nun Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri  də iştirak hüququ qazanıb.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026