BDU tələbələri Azərbaycanı “Padua Model UPR-2020”də təmsil edəcək

14/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri Firavan Əlizadə və Xanım Avsuvarova 24-27 noyabr 2020 tarixlərində keçiriləcək “Padua Model UPR-2020”də Azərbaycanı təmsil edəcək. BDU tələbələri bir çox Avropa Universiteti tələbələrinin təmsil olunduğu komandalar arasında yer alaraq Azərbaycanı və BDU-nu təmsil etmək hüququ qazanıb. Onlar eyni zamanda simulyasiyada iştirak etməklə beynəlxalq şirkətlərdə “İnsan hüquqları” sahəsində təcrübə keçmək şansı əldə ediblər.

Məlumat üçün bildirək ki, İtaliyanın Padua Universitetinin İnsan Hüquqları Mərkəzi artıq 3 ildir ki, hüquq təhsili alan tələbələr arasında universal simulyasiyalar həyata keçirir. Bu simulyasiyalar Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatların insan hüquqlarının tətbiqi mexanizminə əsaslanır və tələbələrin hazırlıq, bilik və bacarıqlarının göstərilməsi üçün təşkil edilir. Həmçinin, simulyasiyaların məqsədli seçilmiş tələbələrə insan hüquqları sahəsində beynəlxalq mexanizmlərin fəaliyyətini, bu fəaliyyətlərin siyasi əsaslarını öyrətməkdən və bu biliklərin öz ölkələrində həyata keçirəcəkləri fəaliyyətlərində istifadəsinə təşviq etməkdən ibarətdir. Bu il keçiriləcək “Padua Model UPR-2020” BMT Mexanizminin, Universal Periyodik İcmalının (UPR) və BMT üzv dövlətlərinin insan hüquqları sahəsində qanunvericiliklərini nəzərdən keçirmək üçün həyata keçirilən akademik simulyasiyadır.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026