BDU tələbələri “Bakı Marafonu 2025”in xüsusi medalları ilə təltif olunublar

05/05/2025

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”də iştirak ediblər.

“Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 700 nəfərdən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda BDU tələbələri aktiv iştirak edərək, finiş xəttinə çatıblar. Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı Marafonu 2025”in xüsusi medalları ilə təltif olunublar.

2016-cı ildən təşkil edilən “Bakı Marafonu” idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Səkkizinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.

 

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026