BDU tələbələri Bakı Zooloji Parkına ekskursiya ediblər

09/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə fakültə tələbələrinin Bakı Zooloji Parkına ekskursiyası təşkil olunub.

Ekskursiyanın məqsədi tələbələrdə ekoloji bilik və məsuliyyətin artırılması, biomüxtəlifliyin qorunması barədə praktiki məlumatların verilməsi olub. Tədbir zamanı tələbələrə Azərbaycanın “Qırmızı kitab”ına daxil olan nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin mühafizəsi, həmçinin reintroduksiya proqramı haqqında ətraflı məlumat verilib. Onlar, eyni zamanda, digər ölkələrin unikal fauna nümunələri ilə də yaxından tanış olublar.

Qeyd edək ki, Bakı Zooloji Parkı 1928-ci ildən fəaliyyət göstərir. 2017-ci ildə IDEA İctimai Birliyinin təşəbbüsü ilə parkda əsaslı yenidənqurma işlərinə start verilib və 2021-ci ildə yenilənmiş zooparkın açılışı baş tutub. Yenidənqurmadan sonra parkın sahəsi 2,25 hektardan 4,25 hektara qədər genişləndirilib. Hal-hazırda burada 125 növ heyvan saxlanılır ki, onlardan 22 növ “Qırmızı kitab”da yer alır. Zooparkın akvaterrarium bölməsində isə 62 növ su canlısı mövcuddur.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026