BDU tələbələri bank kreditlərinin hüquqi tənzimləməsi ilə bağlı məlumatlandırılıb

03/04/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin və Mülki proses və kommersiya kafedrasının birgə təşkilatçılığı ilə “Bank kreditləri və hüquqi tənzimləmə: Müqavilədən mübahisəyə qədər” adlı növbəti təlim keçirilib.

Azərbaycan Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru Mehriban Məmmədova tərəfindən keçirilən təlimdə borc və kredit münasibətləri, onların oxşar və fərqli cəhətləri, kredit müqavilələri üzrə öhdəliyin icrasının təmini üsulları, kredit münasibətlərinin tənzimlənməsində Mərkəzi Bankın rolu, bu münasibətlərdən meydana gələn mübahisələr və s. mövzular müzakirə edilib.

Təlimin sonunda tələbələrin bank kreditlərinin hüquqi tənzimlənməsinə dair sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026