BDU tələbələri Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər

09/07/2024

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev  və Amil Cəbiyev 5-11 avqust 2024-cü il tarixlərində Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər.

Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçiriləcək Olimpiada universitet tələbələri üçün nəzərdə tutulub. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim ediləcək.

Qeyd edək ki, tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026