BDU tələbələri Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimin sertifikatına layiq görülüblər

22/05/2023

İqtisadiyyat Nazirliyi, ADA Universiteti və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı yekunlaşıb.

Bununla əlaqədar ADA Universitetində keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlığın uğurla davam etdiyini, bu müddət ərzində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıb. Hazırda ölkəmizdə DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi layihəsi hazırlanır. Bu layihə çərçivəsində 2023-cü ilin noyabr ayında Bakıda DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi üçün BMT-nin İnkişaf Proqramı ilə birgə “Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu”nun keçiriləcəyi nəzərdə tutulur. Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında maarifləndirmənin əhəmiyyəti vurğulanıb, keçirilən təlim proqramının bu xüsusda vacibliyi qeyd edilib.

İnteraktiv sessiyalarla davam edən tədbirdə müvafiq dövlət orqanları, BMT-nin İnkişaf Proqramının nümayəndələrinin moderatorluğu və müxtəlif ali təhsil müəssisələlərindən təlimə cəlb edilmiş tələbələr tərəfindən hazırlanan “Sağlamlıq və rifah üçün səhiyyə sistemi”, “Keyfiyyətli və ömürboyu təhsilə nail olmaq istiqamətində sosial dialoqun təşkili və maliyyənin təmini” və “Kənd təsərrüfatı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” layihələri müzakirə edilib. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri Abbas Əliyev, Akif Eyyubov, Nəzrin Quliyeva, Ayxan Osmanlı, Cavidan Aslanlı, Adil Şükürov, Nəzrin Fətəlizadə, Tamerlan Məmmədzadə, Müşgünaz Məlikli, Aysu Əzimzadə, Lalə Dərgahova, Nurlan Əsgərov təlimdə fəal iştiraklarına görə sertifikatla təltif olunublar.

BDU-nun tələbəsi Tamerlan Məmmədzadə təlimin fərqlənmə serifikatı ilə təltif edilib.

 

 

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024