BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

16/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində “Qarabağ filiz rayonu daxilində porfir tipli mis-molibden filizləşməsi: "Dəmirli" yatağı timsalında geoloji və genetik model” mövzusunda ustad dərsi keçirilib.

Ustad dərsində "Azerbaijan International Mining Company Limited" şirkətinin kəşfiyyat geologiyası üzrə direktoru, "Society of Economic Geologists (SEG)" təşkilatının seçilmiş üzvü, Faydalı qazıntılar kafedrasının dosenti Anar Vəliyev məruzə ilə çıxış edib.

Məruzə zamanı Qarabağ filiz rayonunun geoloji quruluşu, porfir tipli mis filizləşməsinin struktur-tektonik nəzarət amilləri, hidrotermal dəyişmə sistemləri və filizləşmənin istiqamətləndirilməsi (vektorlaşma) meyarları geniş şəkildə təqdim olunub.

Bildirilib ki, ilk dəfə olaraq şirkətin geniş geoloji-kəşfiyyat materialları əsasında "Dəmirli" yatağı üçün geoloji-genetik model işlənib hazırlanıb. Bu model litoloji və mineraloji tədqiqatların, XRD analizlərinin və digər kompleks geoloji araşdırmaların nəticələrinə əsaslanaraq filizəmələgəlmə prosesinin mümkün mexanizmini izah edir.

Qeyd olunub ki, aparılan tədqiqatların nəticələri yatağın yaxın cinahlarında və ətraf sahələrdə porfir tipli filizləşmə sistemlərinin mövcudluq ehtimalının yüksək olduğunu göstərir. Bu perspektivlər geoloji, struktur, mineraloji və geokimyəvi göstəricilər əsasında elmi şəkildə əsaslandırılıb. Təqdim olunan nəticələrin Qarabağ filiz rayonunda porfir tipli mis sistemlərinin genezisi və filizləşmə perspektivlərinin öyrənilməsi baxımından mühüm elmi və praktiki əhəmiyyət daşıdığı vurğulanıb.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026