BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

28/05/2025

Bakı Dövlət Universitetinin (BDU) "BDU TETYM" komandası "FICS 2025" startap müsabiqəsində III yerə layiq görülərək, bu ilin avqust ayında Pakistan İslam Respublikasında keçiriləcək böyük finala vəsiqə qazanıb.

Qeyd edək ki, mayın 27-də Azərbaycan Texniki Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsi keçirilib. Beynəxalq müsabiqədə ölkəmizin 21 ali təhsil müəssisəsindən 60 komanda, Qazaxıstanın 1 universitetindən isə 2 komanda iştirak edib.

FICS (Finding Innovative & Creative Solutions) Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026