BDU tələbələri “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində müsabiqənin qalibi olublar
14/02/2025
Bakı Dövlət Universiteti (BDU), Mədəniyyət Nazirliyi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusundakı fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
Nəticələrə əsasən, Jurnalistika fakültəsinin II kurs (ingilis bölməsi) tələbəsi Nəzri Süleymanova və III kurs (ingilis bölməsi) tələbəsi Aytən Babaşova qalib gəliblər. Onlar Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tərəfindən təşəkkürnamə və mükafatla təltif ediliblər.
Tələbələrimizi təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq!

Xəbərlər
BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
BDU-nun professoru Adilə Abbasova vəfat edib
BDU-nun professoru Adilə Abbasova vəfat edib
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
