BDU tələbələri gənclərin ekologi savadlılığını artıran layihə həyata keçirəcəklər

06/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Nicat Həsənov və Fidan Qəniyevanın rəhbəri olduqları “Ekonəfəs” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəbəkələşmə görüşünün qalibi olub.

Görüşdə gənclər "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirmək istədikləri layihələri komanda şəklində ekspertlərə təqdim ediblər. BDU tələbələrinin rəhbəri olduqları  "Ekonəfəs" komandası layihə təklifi vermiş 8 komanda arasında I yeri qazanıb və 3000 manat dəyərində mükafat əldə edib.

"Ekologiyaya nəfəs ol!" şüarı altında keçiriləcək layihənin əsas məqsədi gənclərdə ekoloji savadlılığın artırılmasıdır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026