BDU tələbələri “Herba-Flora” MMC-də praktiki məşğələdə iştirak ediblər

30/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının “Qida mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri “Qida sənayesində texnoloji əməliyyatlar” fənni çərçivəsində “Herba-Flora” MMC-də praktiki məşğələdə iştirak ediblər.

Məşğələ kafedranın dosenti Çingiz Əliyevin rəhbərliyi ilə keçirilib. O, “Herba-Flora” MMC-nin mütəxəssisləri ilə birlikdə tələbələrə müəssisədə yeyinti və ictimai iaşə xidmətlərində tətbiq edilən texnoloji xətlərin layihələndirilməsi, yenidənqurulması və kimyəvi analiz laboratoriyasındakı müasir avadanlıqlar barədə geniş məlumat veri.

Tələbələr fənnin proqramına uyğun olaraq texnoloji xətlərin yaradılmasının nəzəri və praktiki əsaslarını, həmçinin yeyinti və dərman sənayesində istifadə olunan avadanlıq,  maşın və aparatların quruluşu, iş prinsipi və texniki xüsusiyyətlərini yerində müşahidə ediblər.

Tələbələr bitki xammallarının saxlandığı anbar, xammalın keyfiyyətinin qorunması üçün istifadə olunan texniki vasitə və qurğular, hazır məhsulların qablaşdırılması və daşınması prosesləri ilə də tanış olublar. “Herba-Flora” MMC-də küncüt toxumlarından yağın istehsalına dair texnoloji xəttin struktur sxeminin nümayişi olub.
Sonda müəssisə əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026