BDU tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

21/05/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin III kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzeyin mütəxəssisi Afət Seyidzadə 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyətə başlayan Muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderin zəngin irsinin təbliği və öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Ulu Öndər Heydər Əliyevin mənalı ömrünün, xalqımızın və dövlətimizin rifahına həsr olunmuş həyatının ayrı-ayrı məqamlarından bəhs edən sənədlər və fotoşəkillər tələbələrdə böyük təəssürat yaradıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026