BDU tələbələri Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində elmi ekskursiyada

03/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə elmi  ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi tələbələrin təbiət elmləri sahəsində nəzəri biliklərini praktiki müşahidələrlə möhkəmləndirmək, biomüxtəliflik, geoloji inkişaf mərhələləri, paleontoloji tapıntılar və ekosistemlərin formalaşması barədə əyani təsəvvür yaratmaq olub. Muzey əməkdaşları tərəfindən iştirakçılara Azərbaycanın flora və faunasını əks etdirən zəngin kolleksiyalar, nadir fosillər, mineral və süxur nümunələri haqqında ətraflı məlumat verilib.

Tələbələr sərgilənən eksponatlarla yaxından tanış olaraq canlı aləmin təkamül mərhələləri, iqlim dəyişmələrinin təbiətə təsiri və təbii sərvətlərin qorunmasının əhəmiyyəti barədə geniş məlumat əldə ediblər. Azərbaycanın müxtəlif coğrafi bölgələrinə aid nümunələr gənclərdə elmi marağın artmasına və tədqiqat istiqamətlərinin formalaşmasına töhfə verib.

Ekskursiya interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib və elmi baxışlarının genişləndirilməsi istiqamətində tövsiyələr təqdim olunub.

 

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026